Tramp tezliklə NASA rəhbərliyinə yeni namizədi elan edəcək

Bölmə: Dünya › ,
Tarix: 08:15 01.06.2025

ABŞ prezidenti Donald Tramp tezliklə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) direktoru vəzifəsinə yeni namizədi elan etmək niyyətindədir.

 

"İnformator.az" "Teleqraf"a istinadənxəbər verir ki, D.Tramp özünün sosial şəbəkə hesabında belə yazıb.

 

O bildirib: “Mən Cared Ayzekmanın NASA-nın rəhbəri vəzifəsinə namizədliyini geri götürürəm. Tezliklə Amerikanı kosmosda birinci yerə qaldıracaq namizədi elan edəcəyəm".


"The Washington Post" daha əvvəl mənbələrə istinadən xəbər verib ki, Ağ Ev milyarder Cared Ayzekmana onun NASA-nın rəhbərliyinə namizədliyini geri götürmək niyyətini açıqlayıb.