Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək

Tarix: 08:21 01.06.2025
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, saat 10:00-da başlayacaq imtahana buraxlış vaxtı saat 09:45-də başa çatacaq. Qeydolunan vaxtdan sonra imtahana gələn iştirakçılar binaya buraxılmayacaqlar.
Bu gün, həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahan keçiriləcək.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı, Quba və Xaçmazda təşkil oluncaq.