Bu gün Mərkəzi Bank 14 banka 50 mln. dollar satıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:52 17.02.2016

Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib. 

Mərkəzi Bankdan İnformator.az-a verilən məlumata görə, tənzimləyici tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 14 bank tərəfindən məcmu tələb 49,990 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.