Çilləri yox edən limon məhlulu!

Bölmə: Maraqlı › ,
Tarix: 23:39 15.01.2025

Açıq dərili insanlarda çillər tez-tez olur. Xüsusilə əllərdə olan çillər çox insana estetik baxımdan xoş gəlmir. Günəş şüalarının və xarici faktorların yaratdığı çilləri aradan qaldırmaq mümkündür.

 

Dərinizdə genetik faktorlar, günəş və xarici faktorlar səbəbindən çillər görünə bilər. Bəzi çillər böyük görünüşü ilə ləkələrə bənzəyir. Gündəlik həyatınızı narahat edirsə, bu qarışıq sayəsində çillərinizdən xilas ola bilərsiniz.

 

Üz bölgəsi xaricində əllərdə görünən çillər xüsusilə açıq dərili insanlarda tez-tez görülür. Ümumilikdə zərərsiz olan çillər bir çox insanların gözəlliyinin bir parçası sayılır. Bu üsulları evdə tətbiq etməklə çillərin azalmasına kömək edə bilərsiniz.

 

Dəridəki tünd ləkələri aradan qaldırmağa kömək edən aloe vera limonla birləşdirildikdə təsirini 10 dəfə artıra bilir. Dərini bərpa edən fermentlərə malik olan aloe vera dəri bərabərsizliyini də aradan qaldırır. Bu problemləri həll etmək istəyirsinizsə, iki məhsulu qarışdıraraq istifadə edə bilərsiniz.

Aloe vera və limon tətbiq etmək üçün kökündən aloe vera bitkisindən istifadə etməlisiniz. Yetişdirdiyiniz və ya satın aldığınız aloe veranı şaquli olaraq bölmək lazımdır. Sonra gel kimi quruluşu əllərinizə çəkin və masaj edin. Təzə limonu  sıxdıqdan sonra pambığa bir neçə damcı limon suyu əlavə edə bilərsiniz. 

10-15 dəqiqə gözlədikdən sonra su ilə yaxalaya bilərsiniz. Limon turşu olduğu üçün əlləri həssas edə bilər. Buna görə də, günəşə çıxmamağa diqqət edin. 

 

Mənbə: Pembenar

Kəmalə Vəliyeva