Milli Məclis DSMF-nin büdcəsinə dəyişiklikləri qəbul edib
Bölmə: İqtisadiyyat › ,Tarix: 15:54 23.02.2016
Milli Məclis bu gün keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2016-cı il üçün büdcəsinə dəyişiklikləri qəbul edib.
İnformator.az-ın məlumatına görə, DSMF-nin sədri Elman Mehdiyev Fondun dürüstləşdirilmiş büdcəsini təqdim edərkən deyib ki, Fondun bu il üçün gəlirləri və xərclərini 7,4 faiz - 3 307,36 milyon manatadək (daha əvvəl təsdiq eilmiş 3 078,57 milyon manatdan) artırmaq planlaşdırılır.
Fondun gəlirləri dövlət sosial sığortasına ayrılmalar qismində 4,2 faiz - 2,054,99 milyon manatadək artırılacaq. Bununla belə, özəl sektordan ayrılmalar 22,54 milyon manat artaraq 1 294,74 milyon manat təşkil edəcək.
O, qeyd edib ki, dövlət büdcəsindən DSMF-yə transfertlər 13,3 faiz - 1,1 milyarddan 1,246 milyard manatadək artırılacaq.