ABŞ-nin cənubunda tornadolar nəticəsində ən azı 34 nəfər həlak olub 

Bölmə: Dünya › ,
Tarix: 18:32 16.03.2025

 

 

ABŞ-də ən azı 34 nəfər, o cümlədən yalnız Missuri ştatında 12 nəfər həlak olub, ölümcül tornadolar bir neçə cənub-şərq ştatını parçalayıb, avtomobilləri aşırdıb və evləri yıxıb.

 

Missuri ştatının qubernatoru Mayk Kehoe bildirib ki, ştat “şiddətli tufanlar və tornadolar nəticəsində zərər görüb, evlər dağılıb və insanlar həlak olub".

 

Bu ştatın Fövqəladə Hallar İdarəsi Agentliyi bildirib ki, ilkin məlumatlara görə, indiyədək 25 əyaləti 19 tornado vurub.

 

Missuridəki evindən təxliyə edilən Alicia Wilson KSDK telekanalına deyib: "Bu, mənim indiyə qədər keçirdiyim ən qorxulu şey idi: o qədər sürətli idi ki, qulaqlarımız partlayacaqdı".

 

Mərkəzi Missisipi, Luiziana ştatının şərqi və Tennessi ştatının qərbində də daşqın və tornado xəbərdarlığı edilib: eləcə də Alabama və Arkanzas ştatlarının bəzi hissələrində, cənub-şərqdə şiddətli hava şəraiti davam edir.

 

Arkanzas ştatında 3 ölüm və 29 yaralanma qeydə alınıb - qubernator Sarah Hukabi Sanders fövqəladə vəziyyət elan edib.

 

BCC

Nəzrin Məmmədova