Şimali Makedoniyada baş verən yanğın nəticəsində ölənlərin sayı 59-a çatıb

Tarix: 18:18 16.03.2025
Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 59 nəfər ölüb, 155-dən çox adam yaralanıb.
Yanğın gecə saat 02:30 (GMT 01:30) radələrində paytaxt Skopyedən 100 km (60 mil) şərqdə yerləşən Kocani şəhərindəki Pulse klubunda 1500 nəfərin ölkədə məşhur hip-hop dueti olan DNK-nın konsertinə qatıldığı yerdə baş verib.
Daxili işlər naziri Pance Toskovski hadisə yerində heç bir ətraflı məlumat vermədən bildirib ki, dörd nəfər haqqında həbs qərarı verilib.
Toskovski həmçinin bildirib ki, ilkin məlumatlara görə, yanğın tez yanar materialdan hazırlanmış tavana dəymiş pirotexniki vasitələrin qığılcımları nəticəsində başlayıb.
BBC-nin təsdiq etdiyi videoda insanların tavandakı alovu söndürməyə çalışdığı görünür.
Bu, klubun hələ də dolu olduğunu və insanların ayrılmaq əvəzinə yanğını söndürmək səylərini izlədiklərini göstərir.
BCC
Nəzrin Məmmədova