Zelenski Rusiya müəssisələrinə qarşı yeni sanksiyalar tətbiq edib

Bölmə: Dünya › ,
Tarix: 16:46 20.06.2025

Ukrayna Prezidenti Vladimir Zelenski əksəriyyəti Rusiya istehsalat şirkətləri və firmaları olan 56 fiziki və 55 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

 

Sanksiya siyahısına yalnız Rusiya deyil, digər ölkələrdən olan qurumlar da daxil edilib. Belə ki, siyahıda Çindən altı, Belarusdan isə bir hüquqi şəxsin adı yer alır.

 

Qərar Ukrayna Prezidentinin müvafiq fərmanı ilə rəsmiləşdirilərək yayımlanıb. Məhdudlaşdırıcı tədbirlərin məqsədi Rusiya ilə əlaqəli fəaliyyət göstərən struktur və şəxslərə iqtisadi və hüquqi təzyiq göstərməkdir.

 

Mənbə :Caliber

Aytən Ağazadə