"Ay-ulduzlular"dan tarixi qələbə

Bölmə: İdman › ,
Tarix: 21:41 20.06.2025

2025 Dünya Eşitmə Əngəllilər Futsal Çempionatında millilərimiz adeta şou göstərib. C qrupundakı dördüncü oyunda Türkiyə, Yaponiya üzərində 11–2 kimi fərqli nəticə ilə qalib gəlib.

 

İtaliyanın Montesilvano şəhərində davam edən çempionatda "Ay-ulduzlular" meydanda əsl tufan əsdiriblər.

 

Qrupun güclü komandalarından biri olan Yaponiyaya qarşı oyunun əvvəlindən etibarən üstünlüyü ələ alan Türkiyə, ilk hissəni 6–1 öndə başa vurub.

 

İkinci hissədə də tempi azaltmayan millilərimiz, ümumilikdə 11 qol vuraraq meydanı qələbə ilə tərk edib.

 

Bu nəticə ilə Türkiyə xallarını 7-yə yüksəldib və qrup ikinciliyi uğrunda önəmli üstünlük qazanıb.

 

Yaponiya üzərindəki bu qələbə Türkiyəyə ciddi mənəvi motivasiya verib.

 

Qrupun son qarşılaşmasında "Ay-ulduzlular" Tayland ilə üz-üzə gələcəklər.

 

Millilərimizin hədəfi bu oyunu da qalib başa vuraraq 1/4 final mərhələsinə güclü addım atmaqdır.

 

Mənbə: TRT Haber

Nigar Həsənzadə