"Galatasaray"ın hazırlıq proqramı bəlli olub

Bölmə: İdman › ,
Tarix: 21:44 20.06.2025

"Galatasaray" Futbol Komandasının yeni mövsüm öncəsi təlim-məşq toplanışı proqramı müəyyənləşib.

 

"Galatasaray" klubundan verilən məlumata görə, komandanın Avstriyanın Windischgarsten bölgəsindəki hazırlıq toplanışı 19–23 iyul tarixlərində baş tutacaq.

 

İlk sınaq matçında, 20 iyulda Avstriya Bundesliqası təmsilçilərindən "Admira Wacker" ilə qarşılaşacaq "Galatasaray", ikinci yoxlama oyununu isə 23 iyulda İtaliya A Seriyası komandalarından "Cagliari" ilə keçirəcək.

 

"Galatasaray", 26 iyulda Fransa təmsilçisi "Strasbourg", 2 avqustda isə İtaliya klubu "Lazio" ilə RAMS Park stadionunda qarşılaşacaq.

 

Mənbə: TRT Haber

Nigar Həsənzadə