ABŞ İranın nüvə obyektlərini bombalayıb

Bölmə: Dünya › ,
Tarix: 10:48 22.06.2025

 


ABŞ Fordo və digər əsas nüvə obyektlərini bombalayıb. Ağ Evdən etdiyi milli çıxışında Tramp xəbərdarlıq edib ki, İran sülhə razılaşmasa, gələcək hücumlar “çox daha ciddi” olacaq.


İranın xarici işlər naziri hücumları “biabırçılıq” adlandırıb və bildirib ki, İran suverenliyini müdafiə etmək üçün bütün variantları nəzərdən keçirir. Jurnalist həmkarlarımız Qüds üzərində bir neçə partlayış səsi eşitdiklərini və İordaniyada siqnalların səsləndiyini bildirirlər. İsrail ordusu isə İran raketlərini vurmaq üçün müdafiə sistemlərinin işə salındığını açıqlayıb.


BBC
Asiman Vəliyeva