“Buna maliyyəmiz çatmır”-Zelenski

Bölmə: Siyasət › ,
Tarix: 13:07 25.06.2025

Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər, lakin bunun üçün maliyyə vəsaiti yetərli deyil".

 

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, politoloq Sultan Zahidov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiyanın başlatdığı işğalçı kampaniyadan sonra Ukraynada dron istehsalı kifayət qədər genişlənib:

 

“Ukraynanın cəbhədə istifadə etdiyi əsas istiqamət məhz dronlar vasitəsilə Rusiyanın hücumlarını dəf etməkdir. Belə müharibələrə texnoloji savaş da deyilir. Cəbhə bölgəsində ukraynalıların istifadə etdiyi minlərlə dron həm kəşfiyyat məlumatlarının ötürülməsində, həm də Ukraynanın cəbhədə müdafiə imkanlarının gücləndirilməsində mühüm rol oynayır.

 

Bu gün Ukraynada 500-ə yaxın dron istehsal edən zavod və məntəqə mövcuddur. Əsasən Kiyev və onun ətraf ərazilərində bu məntəqələrin sayı kifayət qədər çoxdur. Məsələn, TAF dronlarını istehsal edən zavodlardan biri fəaliyyət göstərir. Əsas texnoloji tərəfdaşlar sırasında isə Britaniya, Norveç və Hollandiya yer alır. Eyni zamanda, bəzi NATO ölkələri də Ukraynanın dron istehsalına dəstək verir.

 

ABŞ prezidenti Donald Tramp hakimiyyətə yenidən gəldikdən sonra ABŞ-nin dəstəyi əvvəlki səviyyədə deyil. ABŞ-nin indiyədək Ukraynaya göndərdiyi silahlar da Bayden hakimiyyəti dövründə bağlanmış sazişlər çərçivəsində göndərilib. Lakin kəşfiyyat məlumatlarının paylaşılması Ukrayna ilə hələ də davam edir. Bu gün Ukraynanın əsas dəstəkçisi məhz Avropa İttifaqıdır.

 

2025-ci ilin martında Aİ daxilində Almaniya, Fransa və eyni zamanda ittifaqa üzv olmayan Britaniyanın təşəbbüsü ilə “iradənin koalisiyası” yaradılıb. Bu səbəbdən Avropa İttifaqında “Avropanın yenidən silahlanması” proqramı mənimsənilib.

 

Ukrayna hökuməti maliyyə problemini aradan qaldırmaq üçün fərqli ölkələrdən dəstək gözləyir. Beynəlxalq investisiyaları cəlb etmək məqsədilə bir sıra təşəbbüslər həyata keçirilir".

 

Çimnaz Telmanqızı