Tacikistan Orta Dəhlizin inkişafında iştirakını gücləndirir

Bölmə: Sosial › ,
Tarix: 17:22 25.06.2025

Tacikistan Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) boyunca səmərəli yük daşımalarını təmin etmək üçün logistika mərkəzlərinin yaradılması məsələlərində beynəlxalq donorlarla fəal əməkdaşlıq edir.


Bu barədə "İnformator.az"a Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, Tacikistan Özbəkistan, Türkmənistan və regionun digər ölkələri ilə fəal şəkildə əməkdaşlıq edir: "Dəmir yolu ilə yük daşımalarında qarşılıqlı güzəştlərin tətbiqi haqqında sazişlər imzalanıb. Tranzit yüklərin həcminin daha da artırılmasına kömək etmək üçün digər tərəfdaşlarla da analoji təşəbbüslər nəzərdən keçirilir".

 

Nazirlikdən bildirilib ki, Tacikistan xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı kontekstində nəqliyyat-logistika infrastrukturunun inkişafına xüsusi diqqət yetirir: "Ölkə böyük həcmdə tez xarab olan kənd təsərrüfatı məhsulları istehsal edir və onların ixracı üçün qablaşdırmadan göndərilməyə qədər sürətli və səmərəli logistika xidməti tələb olunur".


Məhz bu səbəbdən logistika və Orta Dəhlizdə iştirak mövzusu hökumətlərarası komissiyanın Duşənbədə keçirilən yeddinci iclasında əsas mövzu olub. Nazirlik nümayəndələrinin sözlərinə görə, tərəflər nəqliyyat-logistika infrastrukturunun inkişafına fəal şəkildə köməklik göstərmək üçün səy göstərirlər.



Bölmədən digər xəbərlər
Qanunvericilik təşəbbüsləri üzrə təqdim olunmuş sənəd müzakirə olundu
25 iyun 2025-ci il tarixində İAQMBİ-də Qanunvericilik Təşəbbüsləri Qrupu tərəfindən hazırlanaraq Milli Koordinatora təqdim edilmiş qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair sənədin geniş müzakirəsi keçirilib.