Şahbaz Şərif Xankəndiyə gəlir

Bölmə: Siyasət › ,
Tarix: 14:31 30.06.2025

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Xankəndi şəhərinə gəlir.

 

"İnformator.az" xəbər verir ki, o, səfər çərçivəsində Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək 17-ci Zirvə görüşündə iştirak edəcək.

 

İƏT-in 17-ci Zirvəsi 3-4 iyul tarixlərində baş tutacaq.

 

Qeyd edək ki, İƏT-in 16-cı Zirvə görüşü 2023-cü il noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilib.