Azərbaycanlılara qarşı terrorlar davam edir-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:50 30.06.2025

Rusiyanın Voronej vilayətində azərbaycanlılara qarşı genişmiqyaslı reydlərə və həbslərə başlanılıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Oqtay Qasımov bildirir ki, Rusiyada son dövrlər başlanan anti-Azərbaycan miqrantlara qarşı sərt davranış gözləniləndir:

 

“Rusiya tarixinə nəzərdə görə bilərik ki, son əsr yarımda bu cür davranışlar Rusiya dövlət siyasətinin əsas vasitələrindən biri kimi dəyərləndirilib və məhz rus cəmiyyətinin özünün islamafob, digər qeyri-rus millətlərinə münasibətdə özündən razılıq və onlara ikinci dərəcəli insanlar kimi baxmaq davranışları görülməkdədir. Azərbaycanlılara qarşı həyata keçirilən bu qeyri insani dövlət terroru səviyyəsində bu cinayətlər əslində gözlənilən idi. Biz 44 günlük savaşdan sonra Azərbaycanın yeni yaratdıqları qəbul etməyən ölkələr sırasındadır. Rusiyanı da qeyd edirdik. Ukrayna savaşından başlananda qeyd edirdi ki, Rusiya Ukrayna cəbhəsində müəyyən uğur qazansa, o zaman onun hədəfə alacağı ilk ölkələrdən biri Azərbaycan olacaq və biz bunu görməkdəyik. Bunun da əsas səbəbi qeyd etdiyimiz kimi, Azərbaycan özünün torpaqlarını azad etməsi, suverenliyini bərpa etməsi və müstəqil siyasət yürütməsi Rusiyanı narazı salır. Bundan əlavə, Azərbaycanın özünün müdafiə və təhlükəsizlik sektorunu da müasir standartlarla qurması Rusiyanı məmnun etmir. Ona görə də Azərbaycana təzyiq etməyə çalışır. Burada bir çox başqa digər faktorlar da var ki, Rusiya məhz bunun üzərindən Azərbaycana təzyiq etməyə çalışır. Əsas məsələlərdən biri Rusiyanın Azərbaycan Ermənistan sülh prosesindən kənarda qalması və prosesə müdaxilə imkanlarının minimuma endirilməsi, Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın istəklərinin həyata keçməməsi və s. bunlar hamısı Rusiyanı narazı salan məqamlardır”.

 

Həmçinin şərhçi qeyd edib ki, Varonogiyədə baş verənləri dövlət səviyyəsində həyata keçirildiyini birmənalı söyləmək mümkündür:

 

“Çünki miqrantlara, o cümlədən azərbaycanlılara qarşı bu qeyri-anti insani davranışlar məhz Rusiyanın dövlət siyasətidir və bu, hansısa qrupların və yaxud təşkilatların, dövlət qurumlarının müstəqil işidir. Bunlar birbaşa Kremldən idarə olunan və birinci şəxsin razılığı ilə həyata keçirilən repressiv tədbirlərdir. Azərbaycanlılara qarşı həyata keçirilən repressiyalar, bunu da guya yerli əhalinin gəlmələrdən narazılıq, əlaqələndirmə və əlbəttə ki, bunlar hamısı cəfəngiyatdır. Rusiyanın özünün siyasətinə bəraət qazandırmaq cəhdləridir. Məhz bunun üzərindən Rusiya öz siyasətini həyata keçirməyə çalışır. Əslində Rusiya anlamalıdır ki, məhz miqrantlar bu ölkəyə təhlükə yaratmır. Əksinə, bu miqrantlar Rusiyada iş yerlərinin işlənməsinə, o cümlədən iş yerlərinin yaradılmasında aktiv iş işlər həyata keçirirlər. Rusiya büdcəsinə onlar vergiləri ödəməklə onun iqtisadiyyatının dirçəlməsinə kömək edirlər. Sadəcə olaraq Rusiyanın dövlət siyasəti qeyd etdiyimiz kimi ultra millətçilik və faşist bir düşüncə dayandığından qeyri-rus millətlərə qarşı bu davranışlar davamlı olacaq. Bu yalnız tək azərbaycanlılarla bağlı deyil. Hazırda sadəcə olaraq ayrıca olaraq azərbaycanlılar hədəf seçilib. O ki, qaldı Rusiyanın bu davranışlarına beynəlxalq reaksiyaları, hesab etmirəm ki, hansısa ciddi beynəlxalq reaksiya olacaq. Çünki beynəlxalq münasibətlərdə də biz ikili standartların hər zaman şahidi olmuşuq. Və hazırda Ukraynada baş verənlər onu göstərir ki, beynəlxalq ictimaiyyət bir çox məsələlərdə həm də bu cür işğal, təcavüz haqlarında Rusiyaya qarşı sərt və birmənalı mövqe nümayiş etdirə bilmir”.


Aysel Mirzəyeva