İrandan Trampa cavab

Bölmə: Siyasət › ,
Tarix: 21:37 30.06.2025

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani CBS telekanalına bildirib ki, İran uranı zənginləşdirmək hüququna malikdir və bu fəaliyyəti dayandırmaq niyyətində deyil.

 

Mövzu ilə bağlı politoloq Elman Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, dırnaq arasında bir müharibə şousu göstərdi:

 

"İsrail və Amerika: Digər dövlətlər, xüsusilədə, müsəlman dövlətləri digər ölkələr nüvə silahı əldə etməyə çalışmasın. Belə bir proqramdan, belə sistemdən uzaq durmağa çalışsın kimi mesajlar verildi. Əlbəttə, artıq nüvə əldə etmək istəyən dövlət vardısa, mesajdan sonra istər-istəməz çəkindi. Onlarda çəkilmə siyasəti getdi. Amerika və İsrailin müsəlman camiəsində, yəni İslam dünyas pərdənin ön hissəsində bir əlidir, bir qoludur. Öz planlarını strateji planlanmasını həyata keçirən bir fiqur deyək. Amerika konkret bildirib Tramp deyib sanksiya aradan qaldırıla bilər. Bunun qarşılığında İran tərəfi güzəştə getsin sizin bizim dediklərimizi artıq desin. Nüvə proqramından nüvə silahı əldə etməyəcəyik. Proqramı dayndırmalıdır. Amma İran belə bir fikir söyləmir, yəni uzlaşma yoxdur. Amma uzlaşsa olsa belə, İran cavab versə, bu böyük bir avantajdır artıq sanksiyalardan uzaq durmaq mümkündür".

 

Ayşən Səlimova