Türkiyə və Böyük Britaniya bir çox aktual məsələdə ortaq mövqedədir-Hakan Fidan

Bölmə: Dünya › ,
Tarix: 21:36 30.06.2025

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada britaniyalı həmkarı Devid Lämmi ilə görüşdən sonra bəyan edib:

 

“İran və İsrail arasında əldə olunan atəşkəs razılaşmasının davam etməsi, sülhün pozulmaması və dayanıqlı sabitliyə qayıdılması bu mərhələdə bizim əsas strateji məqsədlərimizdən biridir”.

 

Nazir bildirib ki, Türkiyə və Böyük Britaniya bir çox aktual məsələdə ortaq mövqeyə malik olan iki strateji tərəfdaşdır:

“Biz Avropa İttifaqının üzvü olmayan, lakin Avropa ilə sıx əlaqələri olan NATO üzvü iki ölkəyik”.

 

Onun sözlərinə görə, bu iki ölkə arasında iqtisadiyyat, müdafiə və texnologiya sahələrində intensiv əməkdaşlıq aparılır:

 

“Hazırda ticarət dövriyyəmiz 30 milyard dollarlıq hədəfə yaxınlaşır. Bu, son illər ərzində böyük səylə çatmağa çalışdığımız bir məqsəddir”.

 

Fidan əlavə edib ki, bu sahədə irəliləyiş üçün son illərdə xeyli iş görülüb. Ticarət və investisiya sahəsində daha geniş imkanlar mövcuddur. Bu istiqamətdə inkişaf üçün Azad Ticarət Sazişinin yenilənməsi vacibdir.

 

Anadolu Agency

Ayan Əsgərova