ABŞ-də təyyarə qəzası- Ölənlər var

Tarix: 14:52 30.06.2025
ABŞ-nin Ohayo ştatının Haulend şəhəri yaxınlığında "Cessna 441" yüngülmühərrikli təyyarəsinin qəzaya uğraması nəticəsində ikisi ekipaj üzvü olmaqla altı nəfər həlak olub.
"İnformator.az" xəbər verir ki, bu barədə "Fox 8" məlumat yayıb.
Məlumata görə, təyyarə yerli vaxtla bazar günü səhər qəzaya uğrayıb.
"Haulenddə təyyarənin qəzaya uğraması nəticəsində sağ qalan olmayıb", - yerli səlahiyyətlilərin məlumatında bildirilir.
Təyyarənin Montana ştatının Bozmen şəhərinə uçduğu və havaya qalxdıqdan cəmi yeddi dəqiqə sonra qəzaya uğradığı qeyd olunur. Faciənin səbəbləri hələ müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.