İran Ukraynaya etiraz notası təqdim edib

Tarix: 20:05 30.06.2025
İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini nazirliyə dəvət edərək, Kiyevin İsrailin İran ərazisinə endirdiyi zərbələrə dəstək verən bəyanatlarına etiraz notasını təqdim edib.
İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Şəhram Farsai notanı təqdim edərkən bildirib ki, “Ukrayna hakimiyyətinin İsrailin hərbi təcavüzünü dəstəkləməsi, bu ölkənin BMT Nizamnaməsinin prinsip və məqsədlərinə, eləcə də dörd Cenevrə Konvensiyasına hörmətlə bağlı beynəlxalq hüquqi öhdəliklərinə ziddir”.
Mənbə :Caliber
Aytən Ağazadə