İşsizlik yenə düşüb! TÜİK o məlumatları paylaşıb!

Bölmə: Dünya › ,
Tarix: 20:02 30.06.2025

Türkiyə Statistika Təşkilatı (TÜİK) 2025-ci ilin may dövrünə aid işçi qüvvəsi məlumatlarını paylaşıb.

 

Buna görə işsizlərin sayı bu dövrdə bir əvvəlki aya görə 69 min nəfər azalaraq 2 milyon 972 min nəfərə geriləyib. Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğunun nəticələrinə görə; 2025-ci ilin may ayında 15 və yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 69 min nəfər azalaraq 2 milyon 972 min nəfər olub. İşsizlik səviyyəsi 0,2 bənd azalaraq 8,4% təşkil edib. İşsizlik səviyyəsinin kişilər üçün 6,5%, qadınlar üçün isə 11,9% olduğu təxmin edilib.

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı