Amerikada Azərbaycanlı gənclərin illik birliyi-Yeni forum ənənəsi

Bölmə: Siyasət › ,
Tarix: 19:53 30.06.2025

Amerika Birləşmiş Ştatlarında yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir araya gəlməsi, ortaq dəyərlər ətrafında müzakirə aparması və diaspor fəaliyyətlərini gücləndirməsi məqsədilə hər il "Amerika-Azərbaycan Gənclərinin Forumu" təşkil olunacaq. Bu forum, gənclər arasında həm milli kimliyin qorunmasına, həm də qarşılıqlı dəstək şəbəkəsinin formalaşmasına xidmət edəcək. Eyni zamanda forum, ABŞ-da yaşayan azərbaycanlıların ictimai, mədəni və elmi sahələrdə daha fəal iştirakı üçün platforma olacaq.


Bu mövzu ilə bağlı açıqlamasında Politoloq Qədir Aslanlı "İnformator.az"a bildirib ki, bu foruma çoxdandır ehtiyac var idi:


"Mən özüm də bu məsələni dəfələrlə mətbuatda qaldırmışam. Azərbaycanla Amerika arasında xüsusilə mədəni incəsənət və s məsələlərdə, xüsusilə gənclər sahəsində, həmçinin işlər görülməli idi, özü də çoxdan biz daha yaxşı, daha yüksək səviyyəyə qaldıra bilərik Münasibətləri, xüsusilə biz deməliyik ki, İT sektorunda yeni texnologiyalar, informasiya texnologiyaları sektorunda bizim gənclərin sistemə inteqrasiya prosesi yüksək səviyyədə gedə bilər. Bilirsiniz ki, Amerika informasiya texnologiyalarının mənbəyidir, ocağıdır. belə deyək, Silikon Vadisi orada yerləşir. Azərbaycanlı 100 gənc orda özləri bir forum yaratmışdılar. İndi də həmin təşəbbüsü ardıcıl olaraq belə bir məsələ çıxır, uca çox xoşdur bunu demək inkişaf etdirmək üçün. Yəni bu istiqamətlərdə. Xüsusilə texnologiyalar, informasiya texnologiyaları, həmçinin Azərbaycan gənclərinin daha çox sayda Amerikada təhsil alması, təhsil vizalarının yüngülləşdirilməsi, Azərbaycan gəncləri üçün, həmçinin təhsil burslarının, yeni təqaüdlərinin, Azərbaycan gənclərinin daha çox əlçatan edilməsi məsələləri bütün bunları inkişaf etdirə bilər. Həmin bu forumun nəticəsində və yaxud əlavə olaraq başqa təşəbbüsləri çərçivəsində"


Xəlilli Nigar