KİV: Pentaqon Ukraynaya zenit raketlərinin tədarükünü dayandırıb

Tarix: 08:39 02.07.2025
Pentaqon Ukraynaya bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli döyüş sursatlarının tədarükünü dayandırıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb.
"Qərar Pentaqonun siyasi şöbəsinin rəhbəri Elbric Kolbinin təşəbbüsü ilə Müdafiə Nazirliyinin sursat ehtiyatlarının yenidən nəzərdən keçirilməsindən sonra qəbul edilib ki, bu da artilleriya mərmilərinin, hava hücumundan müdafiə raketlərinin və yüksək dəqiqlikli silahların ümumi sayının azalması ilə bağlı narahatlıq yaradıb", - nəşr yazır.