Rusiya-Ukrayna əsir mübadiləsi bərabər olub

Bölmə: Dünya › ,
Tarix: 19:41 04.07.2025

Cümə günü TASS-a vəziyyətə yaxın mənbə bildirib ki, Rusiya və Ukrayna arasında daha bir bərabərhüquqlu məhbus mübadiləsi keçirilib, Kursk vilayətinin iki sakini də evlərinə qayıdıb.

 

"İstanbul razılaşmaları çərçivəsində Rusiya ilə Ukrayna arasında daha bir paritet əsaslı məhbus mübadiləsi baş tutub. Kursk vilayətinin iki sakini də Rusiyaya qaytarılıb", - mənbə əlavə edib ki, Moskva ilə Kiyev arasında əsir mübadiləsi proseduru davam edir.

 

İstanbulda keçirilən iki raund danışıqlardan sonra Rusiya və Ukrayna “1000-ə 1000” düsturu əsasında məhbusların mübadiləsi, eləcə də ağır yaralı və gənc hərbçilərin (25 yaşdan aşağı) “hamı üçün” formatında geri qaytarılması barədə razılığa gəliblər.

 

TASS

Fatimə Şahverdiyeva