Hindistanda daşqınlarda ölənlərin sayı 69-a çatıb

Tarix: 21:30 04.07.2025
Hindistanın Himaçal Pradeş ştatında güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 69-a yüksəlib.
Yeni Dehlidə yerləşən NDTV telekanalının məlumatına görə, ölkənin şimalında yerləşən Himaçal Pradeş ştatı iyunun 20-dən etibarən musson yağışlarının təsiri altındadır.
Güclü yağışların yaratdığı daşqın və torpaq sürüşmələri nəticəsində 20 iyun – 3 iyul tarixlərində ölənlərin sayı 69-a, yaralananların sayı isə 110-a çatıb.
Təxminən 250 yolun bağlandığı ştatın müxtəlif bölgələrində 37 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.
Hindistan Meteorologiya Departamenti (IMD) Himaçal Pradeş üçün verdiyi xəbərdarlıqda güclü yağışların iyulun 7-dək davam edəcəyinin gözlənildiyini açıqlayıb.
“Times of India” nəşrinin məlumatına görə, ştat ərazisində yağışlar nəticəsində təxminən 46 milyon dollar məbləğində ziyan dəydiyi ehtimal olunur.
Haber Global
Nuray Əliyeva