Bu komandaya yeni baş məşqçi təyin olunub

Bölmə: İdman › ,
Tarix: 21:22 04.07.2025

 


Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akamediyası" komandası yeni baş məşqçi təyin edib. Bu dəfə vəzifəyə hazırlığı ilə seçilən Emin Əbilov gətirilib.


"Milli Aviasiya Akamediyası"nın rəqabət qabiliyyətinə necə təsir göstərəcəyimi bilmirəm. Çünki biz rəqiblərimizin hansı gücdə olduğunu bilmirik".


Bu sözləri "Milli Aviasiya Akamediyası"nın baş məşqçisi Emin Əbilov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, biz heç rəqiblərimizi belə bilmirik. Buna görə də, bu haqda danışmaq çox tezdir:


"Gəlişimin hədəflərə necə təsir göstərəcəyinə gəldikdə isə, hədəfimiz birinci olmaqdır. Medal uğrunda mübarizə apararaq qələbə qazanmaqdır. Turnir və onlarda iştirak haqda danışmaq bizim üçün hələ tezdir".


Zəhra Möhübbətova