Media subyektinin təsis edilməsi zamanı adla bağlı yeni tələblər qoyulur

Bölmə: Sosial › ,
Tarix: 11:52 14.07.2025

Çap mediası və onlayn media subyektinin təsis edilməsinə dair tələblər artırılır.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə təklif edilən yeni - 62.6-cı maddəyə əsasən, media subyektlərinin (redaksiyalarının) adları digər media subyektlərinin (redaksiyalarının) adları ilə eyni və ya oxşar olmamalı, onların adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadə edilməməlidir.

 

Qeyd edilib ki, müxtəlif media subyektləri formalaşdırdıqları brendin adından sui-istifadə halları ilə bağlı MEDİA Agentliyinə dəfələrlə müraciətlər edib, bu istiqamətdə ciddi addımların atılması ilə bağlı təkliflər irəli sürüb. Bu dəyişiklik media subyektlərinin həm reputasiyasının, həm də brendinin möhkəmlənməsinə töhfə verəcək.

 

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.



Bölmədən digər xəbərlər
"Rəqəmsal İnkişafla Məşğulluq Yarat" layihəsi çərçivəsində 8-ci SMM təlimi keçirilib
“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 14 iyul tarixində “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin səkkizinci Sosial Media Marketinqi (SMM) təlimini təşkil edib.