Milli atletlər Rumıniyadan 15 medalla qayıdıb

Bölmə: İdman › ,
Tarix: 17:02 14.07.2025

Türkiyə, Rumıniyada keçirilən 20 yaşadək Balkan Atletika Çempionatında 5-i qızıl olmaqla ümumilikdə 15 medal qazanıb.


Türkiyə Atletika Federasiyasının verdiyi məlumata görə, Krayova şəhərində təşkil olunan yarışlarda 16 ölkədən idmançılar iştirak edib. 30 kateqoriya üzrə keçirilən yarışlarda 32 idmançı ilə təmsil olunan Türkiyə komandası 5 qızıl, 3 gümüş və 7 bürünc medal əldə edib.


Milli komanda ümumi sıralamada 143 xalla ikinci olub. Ev sahibi Rumıniya 154 xalla birinci, Yunanıstan isə 137,5 xalla üçüncü yeri tutub.


Yarışlarda medal qazanan milli idmançılar belədir:


Qızıl medal:


Koray Uygun (110 metr maneəli qaçış), Hamza Yaşın (1500 metr), Hasan Can Akdemir (3000 metr maneəli qaçış), Rabiye Çiçək (Nizə atma), Yasir Kuduban (Hündürlüyə tullanma)


Gümüş medal:


İrem Yiğit (100 metr maneəli qaçış), Havva Efe (3000 metr), Aleyna Karabulut (Üçtəkanla tullanma)


Bürünc medal:


Furkan Kanlı (3000 metr), Muhammed Ağgün (800 metr), İran İnce (1500 metr), Nisa Nur Özdemir (Çəkicatma), Sümeyye Nur Şirin (Diskatma)


4x100 metr qadın estafet komandası (İrem Yiğit, Ekin Yurttaş, Zeynep Kaya, İrem Yıldırım)


4x100 metr kişi estafet komandası (Koray Uygun, Emre Ergün, Buğra Güleryüz, Toprak Ege Özdemir)


TRT Haber
Xəlilli Nigar