“Türkiyənin yüzilliyi vizyonunu addım-addım həyata keçiririk”

Bölmə: Dünya › ,
Tarix: 13:06 14.07.2025

Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Kızılcahamamda keçirilən partiyanın “32-ci Məşvərət və Qiymətləndirmə Toplantısı”nın bağlanış nitqini səsləndirib.

 

Prezident çıxışında “terrordan azad Türkiyə” prosesinin xüsusi əhəmiyyətini bir daha vurğulayıb. Onun sözlərinə görə, hökumətin uzunillik səyləri nəticə verib və terror təşkilatları silahı yerə qoymağa başlayıb. Bu addım təkcə Türkiyə üçün deyil, eyni zamanda region ölkələri üçün də sabitlik və fayda gətirəcək.

 

“ ‘Terrordan azad Türkiyə’ mesajımız – dostlarımızı və qardaşlarımızı rahatladan, düşmənlərimizə isə qorxu salan bir çağırışdır – artıq ünvanına çatıb”, – deyə Ərdoğan qeyd edib.

 

O, xalqın dəstəyinə ümid etdiyini bildirib və ölkə parlamentində irəli sürüləcək bu prosesə bütün siyasi partiyaları dəstək verməyə çağırıb.

 

“Ölkəmizin qarşısında yeni bir dövrün qapıları açılır. Türkiyənin yüzillik vizyonunu addım-addım həyata keçiririk”, – deyə Rəcəb Tayyib Ərdoğan çıxışını yekunlaşdırıb.

 

Anadolu Agency

Ayan Əsgərova