Kreml ABŞ-nin vasitəçiliyini dəstəkləyir

Tarix: 18:16 14.07.2025
Kreml 15 iyul tarixində ABŞ nümayəndəsi Kit Kelloggun Kiyevə səfəri zamanı vasitəçilik səylərini alqışlayıb və birbaşa sülh danışıqlarının davam etdirilməsinə hazır olduğunu yenidən bildirib. Lakin qeyd edib ki, Ukrayna hələ cavab verməyib.
Kreml sözçüsü Dmitri Peskov bildirib: “Bizim üçün çox vacibdir ki, cənab Kellog, Prezident Trampın nümayəndəsi kimi, vasitəçilik fəaliyyətini davam etdirir".
Peskov Rusiyanın may və iyun aylarında İstanbulda keçirilmiş danışıqlardan sonra Ukrayna ilə üçüncü tur birbaşa danışıqlarda iştirak etməyə hazır olduğunu təsdiqləyib. Lakin əlavə edib ki, Kiyev tələsmir və hələ görüş tarixi təklif etməyib.
Kiyevdə isə Kit Kellogg Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak tərəfindən qarşılanıb. Yermak bildirib ki, görüşlər təhlükəsizlik, silah təminatı, sanksiyalar və Ukrayna ilə ABŞ arasında əməkdaşlıq mövzularına həsr olunacaq.
Prezident Trampın Ukraynaya Patriot raketlərinin göndəriləcəyini açıqlamasına münasibət bildirən Peskov, Moskvanın ABŞ-nin hərbi dəstəyinin davam edəcəyini ehtimal etdiyini vurğulayıb.
ANEWZ
Gülhüseynova Güllər