Türkiyədə yeni fakültə və institutlar yaradılıb

Bölmə: Dünya › ,
Tarix: 21:06 14.07.2025

 

Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə bəzi universitetlərdə yeni fakültə və institutlar açılıb, bəziləri isə bağlanıb. Sərəncam “Rəsmi qəzet”də yayımlanıb.

Anadolu, Karabük və Kayseri universitetlərində Kompüter və İnformasiya Elmləri Fakültələri, Qazi və Ege universitetlərində Neyrologiya və Neyrotexnologiya İnstitutları yaradılıb. İstanbul Sivilizasiya Universitetində Təsəvvüf Araşdırmaları, Əminə Ərdoğan Toxum Elm və Texnologiya institutları da fəaliyyətə başlayır.

Eyni zamanda bir sıra fakültə və institutlar bağlanıb, bəzi fakültələrin adları dəyişdirilib.

TRT XƏBƏR
Mahmudlu Ləman