20 vilayətdə FETÖ əməliyyatı: 33 nəfər həbs olunub

Bölmə: Dünya › ,
Tarix: 21:12 14.07.2025

 

Daxili işlər naziri Yerlikaya açıqlayıb ki, son iki həftədə Ankara, Bursa, İzmir də daxil olmaqla 20 vilayətdə keçirilən FETÖ əməliyyatlarında 50 nəfər saxlanılıb, onlardan 33-ü həbs edilib, 5-i barədə məhkəmə nəzarəti qərarı verilib. Digərlərlə bağlı əməliyyatlar davam edir.

2025-ci ilin əvvəlindən bəri FETÖ-yə qarşı aparılan əməliyyatlarda ümumilikdə 910 nəfər həbs olunub, 1006 nəfərə məhkəmə nəzarəti tətbiq olunub.
Şübhəlilər təşkilatın strukturlarında fəaliyyət, taksofonla əlaqə, maliyyə dəstəyi və sosial şəbəkələrdə təbliğat kimi ittihamlarla axtarılıb.

Nazir əməliyyatlara rəhbərlik edən qurumları təbrik edib və bildirib: “Dövlətimizi təhdid edənlərə qarşı mübarizə qətiyyətlə davam edəcək”.

TRT XƏBƏR
Mahmudlu Ləman