Rusiya və tərəfdaşlarına 100 faiz rüsum tətbiq edilə bilər

Bölmə: Dünya › ,
Tarix: 21:20 14.07.2025

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər yaxın 50 gün ərzində Ukrayna ilə bağlı razılaşma əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faiz dəyərində gömrük rüsumları tətbiq ediləcək.

 

“Reuters”in məlumatına görə, Tramp bu açıqlamanı NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı verib.

 

ABŞ Prezidenti bir daha bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin dayandırılmasını istəyir:

 

“Putindən məyusam. İki ay əvvəl razılığa gələcəyimizi düşünürdüm, amma görünür, bu, baş verməyəcək”, – deyə Tramp bildirib.

 

O əlavə edib ki, razılaşma əldə olunmadığı təqdirdə ciddi tədbirlərə əl atılacaq:

 

 “Rusiyanın hərəkətlərindən çox narazıyam. Əgər 50 gün ərzində razılaşma baş tutmasa, ikinci dərəcəli sanksiyalar tətbiq ediləcək. Bu, sadə məsələdir. Həmin sanksiyalar çərçivəsində ən azı 100 faizlik tariflər nəzərdə tutulur”, – deyə ABŞ Prezidenti vurğulayıb.

 

Mənbə :Caliber

Aytən Ağazadə