Azərbaycanın gənc boksçu qızları Avropanın finalında!

Tarix: 21:33 14.07.2025
Serbiyanın Novi Pazar şəhərində keçirilən Yeniyetmələr arasında Avropa birinciliyində Azərbaycan qadın boksu tarix yazmağa hazırlaşır. Yarışda milli komandamızın dörd istedadlı üzvü – Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq) və Səma Abbasova (66 kq) final mərhələsinə yüksəlib.Bu qələbə yalnız idman nailiyyəti deyil, həm də qadınların idmanda öz sözünü deməsinin nümunəsidir. Gənc yaşlarına baxmayaraq, onlar ölkəmizi beynəlxalq arenada təmsil edir, həm döyüş ruhunu, həm də peşəkarlığı ortaya qoyurlar.
Mövzu ilə bağlı jurnalist Fuad Eldarov "İnformator.az"a açıqlamasında bildirib ki , bu kimi ağır və sərt idman növlərində qadınların iştirakı onu göstərir ki , onlar da kişilər qədər güclü , rəqabətə davamlıdırlar:
"Ümumiyyətlə , nəyinki Azərbaycanda qadın boksunda, bütün idman növlərində qadınların inkişafı illər ərzində təkmilləşmişdir. Əlbəttə, bu qadın boksçularımızın həm xarici arenalarda , həm də daxili yarışlarda göstərdiyi nəticələr özünü bariz şəkildə göstərir. Bunun üçün də , idmançılarımızın hazırlıq səviyyəsi yüksək olmalıdır ki , onlar xarici yarışlarda, beynəlxalq arenalarda uğurlu və layiqli çıxış edə bilsinlər.Əlbəttə ki , bütün bunlar qadın idmanına münasibəti dəyişdirməkdə rol oynayan amillərdən biridir. Yalnız boksda deyil , istənilən idman növündə qadının uğur qazanması həvəskarlara, yeniyetmələrə , uşaqlara , eyni zamanda bunları görən valideynlərdə öz uşaqlarına dəstək olurlar.Əlbəttə ki , dövlət və federasiya səviyyəsində də dəstək olmasa, bu uğurların olması mümkün deyil.Təbii ki , dövlət lazımi dəstəyi verir.İlk növbədə , idmançılar əsas ləvazimatlarla təmin olunur , daha sonra onların tutarlı məşq keçməsi üçün məkanlar yaradılır.İnfrastrukturun və lazımi dəstəyin olduğu bir məkanda da idmançılar rahat şəkildə məşqlərinə davam edirlər və ölkəmizi layiqincə təmsil edirlər".
Ekspert bu kimi uğurlu döyüşlərin gənclərə olan təsirindən də söz açıb:
"Yeniyetmə və gənc idmançılar , eləcə də, uşaqlar özlərindən yaşca böyük komanda yoldaşlarının uğurlarını gördükdə həvəslənirlər və gələcəyə doğru inamlı addım atırlar.Qadınların fərqli sahələrdə , o cümlədən sərt döyüş idmanlarında uğur qazanması , əlbəttə ki , birmənalı olaraq cəmiyyətə mesaj verir ki , qadınlar da ən az kişilər qədər rəqabətə davamlı , güclü , sözünü deyən və istənilən idman növündə uğur qazana biləcək insanlardır".
Nəzrin Məmmədova