“İnsani yardım şəhəri” deyil, “toplama düşərgəsi”!

Bölmə: Dünya › ,
Tarix: 21:29 14.07.2025

 

İsrailin sabiq Baş naziri Ehud Olmert, ölkəsinin Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində inşa etməyi planlaşdırdığı guya “insani yardım şəhəri” layihəsinə sərt reaksiya verib.

 

Olmert The Guardian qəzetinə verdiyi müsahibədə bu planı bir “toplama düşərgəsi” ilə müqayisə edərək, əgər layihə həyata keçirilərsə, bunun “etnik təmizləmə” anlamına gələcəyini bildirib.

Olmert, The Guardian qəzetinə verdiyi müsahibədə İsrail hökumətinin Rəfahda inşa etməyi planlaşdırdığı guya “insani yardım şəhəri” ilə bağlı fikirlərini bölüşüb.

Rəfahda inşa edilməsi planlaşdırılan şəhərə etiraz edən Olmert, “Bu, bir toplama düşərgəsidir” – deyə sərt ifadə işlədib.

 

Olmert, planın həyata keçirilməsi halında bunun “etnik təmizləmə” olacağına diqqət çəkərək deyib: “(Fələstinlilər) yeni ‘insani yardım şəhərinə’ sürgün ediləcəklərsə, bunun etnik təmizləmənin bir hissəsi olduğunu demək mümkündür”.

 

O əlavə edib ki, guya “insani yardım şəhəri” inşa olunarsa, bu addım Qəzzadakı fələstinliləri xilas etmək deyil, əksinə, onları sürgün etməklə nəticələnəcək.

 

CNN TÜRK
Lalə Qurbanlı