Trampdan Rusiyaya rüsum təhdidi

Bölmə: Dünya › ,
Tarix: 22:12 14.07.2025

 

ABŞ Prezidenti Tramp: “Rusiyadan heç məmnun deyiləm. Əgər 50 gün ərzində (Ukrayna ilə) razılığa gəlməsələr, gömrük rüsumlarını 100 faiz artıracağıq”– deyə bildirib.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında çıxış edib.

Tramp bildirib: “Rusiyadan heç məmnun deyiləm. Əgər 50 gün ərzində (Ukrayna ilə) razılığa gəlməsələr, gömrük tariflərini 100 faiz artıracağıq”.

O, həmçinin “Bu gün Ukraynaya silah göndərilməsi ilə bağlı razılaşma əldə etdik” – deyərək əlavə edib ki, bu silahları ABŞ istehsal edəcək və NATO müttəfiqləri maliyyə xərclərini qarşılayacaq.

ABŞ Prezidenti vurğulayıb: “(Ukraynaya) ən yüksək səviyyəli silahlar göndəririk, bu proses NATO tərəfindən koordinatorluq edilir”.

NATO Baş katibi Mark Rutte isə belə deyib: “ABŞ-ın Ukraynaya silah tədarükü ilə bağlı qərarı çox önəmlidir. Avropa ölkələri ilə görüşəcəyəm və Ukrayna üçün hərbi yardım konteynerləri hazırlayacağıq. Bu prosesdə (Rusiya Prezidenti Vladimir) Putinin orada olması səbəbilə Ukrayna ilə danışıqlarda daha ciddi qəbul edildim”.

Tramp NATO Baş katibi Ruttenin Vaşinqtona səfərindən əvvəl Truth Social platformasında paylaşım edib.

O, ABŞ-ın “dostları və düşmənləri tərəfindən onilliklərdir hərbi və ticarət baxımından aldadıldığını” iddia edərək belə yazmışdı: “Bu, trilyonlarla dollarlıq xərcə səbəb olub və artıq davam etdirilə bilməz. Əslində heç vaxt davamlı da olmayıb”.

TRT XƏBƏR
Lalə Qurbanlı