Qəzzada törədilən qətliamın yeni görüntüləri yayılıb

Bölmə: Dünya › ,
Tarix: 22:12 14.07.2025

 

İsrail və ABŞ-ın ortaq yardım paylama təşkilatı, Qəzzada baş verən qətliamların yeni bir mərhələsinə çevrilib. May ayının sonları və iyun ayının ortalarına qədər yardım növbəsində gözləyən 800-dən çox fələstinli mülki vətəndaş İsrail ordusunun atəşi nəticəsində həyatını itirib.

Həmin dövrə aid yeni görüntülərdə yüzlərlə dinc vətəndaşın yerə uzanaraq qum təpələrində gizlənməsi əks olunur. Kadrlar arasında mülki şəxslərə tuşlanan güllələr və atəş səsləri aydın şəkildə eşidilir və görünür.

Digər tərəfdən, Qəzzada atəşkəs ümidi ilə Qətərdə aparılan danışıqlar yenidən çıxılmaz vəziyyətə düşüb. İsrailin qəbul etdiyi son təklifin müharibənin dayandırılmasını və qoşunların Qəzzadan çıxarılmasını əhatə etməsinə baxmayaraq, danışıqlarda irəliləyiş əldə olunmayıb.

HƏMAS bildirib ki, hər hansı razılaşma yalnız Qəzzada müharibənin sona çatması, İsrail qoşunlarının tamamilə çıxarılması, sərhəd keçidlərinin açılması və ərazinin yenidən qurulması ilə nəticələnməlidir.

Mənbə: CNN Türk
Türkan Kərimli