“Amed Sportif Faaliyetler”də ayrılıq

Bölmə: İdman › ,
Tarix: 22:23 14.07.2025

Trendyol 1. Liqası” komandalarından olan “Amed Sportif Faaliyetler” sağ cinah oyunçusu Yılmaz Ceylan ilə yollarını ayırıb.

 

Klubun sosial media hesablarında yayılan açıqlamaya görə, 24 yaşlı futbolçu ilə qarşılıqlı anlaşma əsasında müqaviləyə xitam verilib.

 

Açıqlamada bunlar qeyd olunub:

“Klubumuz son iki mövsümdə 'Amedspor' formasını geyinərək meydanda əzmkarlığı və mübarizəsi ilə ön plana çıxan, çempionluğumuzda böyük pay sahibi olan Yılmaz Ceylan ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb. Yılmaz Ceylana bu günə qədər klubumuza verdiyi xidmətlərə görə təşəkkür edir, futbol karyerasının qalan hissəsində uğurlar arzulayırıq".

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə