Orkun Kökçü düşərgəyə qoşulub

Bölmə: İdman › ,
Tarix: 22:24 14.07.2025

“Beşiktaş”ın yeni transferi Orkun Kökçü “siyah-ağlı” komandanın mövsüm öncəsi hazırlıqlarını davam etdirdiyi Avstriya düşərgəsinə qatılıb.

 

“Beşiktaş” Klubunun prezidenti Serdal Adalı ilə birlikdə İstanbuldan havalanan xüsusi təyyarə ilə paytaxt Vyanaya gələn Orkun Kökçü daha sonra avtomobil yolu ilə düşərgənin yerləşdiyi Bad Erlach şəhərindəki otelə çatıb.

 

Adalı və milli futbolçuya otelin qarşısında gözləyən azarkeşlər böyük maraq göstərib. Onlar azarkeşlərin istəklərini geri çevirməyərək birgə foto çəkdirib və imza paylayıblar.

 

Prezident Serdal Adalı Orkun Kökçüyə göstərilən maraqla bağlı bunları deyib:

“Orkunu çox sevirlər. Marağın böyüklüyü də göz qabağındadır. İnşallah Orkun da bu marağa layiq olacaq. Bütün gücünü, əzmini, futbolunu meydana əks etdirib əlindən gələnin ən yaxşısını edəcək. O da eyni duyğuları yaşayır".

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə