ABŞ-da 13 yaşdan kiçik uşaqlara sosial media qadağası

Bölmə: MEDİA › ,
Tarix: 13:06 01.05.2023

ABŞ-da 13 yaşından kiçik uşaqlar üçün sosial medianı qadağan edən qanun layihəsi hazırlanıb.

 

Son illərdə sosial medianın uşaqlara təsiri ciddi müzakirə mövzusuna çevrilib. Bir çox ölkələr uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırsa da, sosial media şirkətləri də valideyn nəzarətini artırıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ sosial medianın uşaqlara təsirini minimuma endirmək üçün sərt qaydalar tətbiq etməyə hazırlaşır. Senatda 13 yaşından kiçik hər kəsə sosial media qadağası ilə bağlı razılıq əldə olunub. Bu yaş aralığında olan uşaqlar sosial mediadan istifadə etmək üçün valideyn razılığına ehtiyac duyacaqlar.

 

Layihənin qanuna çevrilməsi üçün əvvəlcə Senatda, sonra isə Nümayəndələr Palatasında qəbulu şərtdir. Bayden qanun layihəsini təsdiq edərsə, yeni qanunun qüvvəyə minməsi gözlənilir.

 

Xumar Bayramqızı