Erməni diasporu Paşinyanın istefasını tələb edir
Bölmə: Siyasət › ,Tarix: 15:16 21.08.2023
Ermənistanın baş naziri Nikol Paşinyanın və İrəvan hakimiyyətinin getdikcə aşağı düşür. Artıq erməni diasporu da istefa bəyanatları səsləndirir.
İkinci Qarabağ Müharibəsindən sonra nüfuzu itirən 8 milyona yaxın erməni diasporu revanşist mövqeydən çıxış edərək Ermənistanın Baş naziri Nikol Paşinyanı məğlubiyyətdə günahkar bilir. Müharibədən sonra İrəvanın rəsmi Bakı ilə sülh prosesinə başlaması erməni diasporunu uğursuzluğa düçar etdi. Məğlubiyyətin sarsıntısından hələ də çıxa bilməyən revanşist düşüncəli ermənilər milli maraqlarının satılması ittihamı ilə erməni hakimiyyətinə düşmən kəsilib, Paşinyanın istefasını tələb edirdilər.
Siyasi şərhçi İlyas Hüseynov deyir ki, bu soyuqluq artıq pik həddə çatıb: "Həm Nikol Paşinyanı istefaya dəvət edirlər, eyni zamanda soyuq münasibətlər ziddiyətli xarakter almağa başlayır. Nikol Paşinyan anlayır ki bu münasibətlərdə olan tarıma çəkilmə onun özü üçün faciəvi sonluqla nəticələnə bilər. Və Qarabağ kartından hakimiyyətə gələrkən istifadə edən "Qarabağ Ermənistandır nöqtə" deyən Paşinyan bu gün Azərbaycanın ərazi bütovlüyünü və suverenliyini tanıyır".
Qeyd edək ki Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Diaspor Nazirliyini bağlaması erməni lobbisində şok dalğası yaratmışdı. İkinci Qarabağ Müharibəsinə kimi fəaliyyəti qərb ölkələri və Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənən diaspora müharibədən sonra fəallığını itirməyə başladı. Hazırda erməni diasporasının üzvüləri ilə Paşinyan arasında ciddi fikir ayrılıqları hər ötən gün daha da artır.
Siyasi şərhçi Fuad Çıraqov hesab edir ki, erməni lobbisi daima Azərbaycan -Ermənistan münasibətlərində keçmiş münaqişədə çox destruktiv rol oynayıb və bu rolu oynamaqda davam etməkdədir: "Erməni lobbisi bir çox hallarda Ermənistanın özündən və Ermənistandaki milliyətçilərdən daha radikal, daha iddialı bir qrup kimi çıxış edib".
Əlavə olaraq Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması erməni diasporu ilə İrəvan arasında uçurumu daha da artırdı. Görünən odur ki, diasporun Ermənistan hakimiyyətinə olan güvəni getdikcə daha da zəifləyir. Bütün baş verənlər isə yaxın gələcəkdə ermənilər arasında fikir ayrılığına gətirib çıxara bilər