Ermənilərin fikrinin dəyişməsi reinteqrasiya üçün müsbət məqamdır
Bölmə: Siyasət › ,Tarix: 21:02 23.08.2023
Arayik Artyunyan qondarma rejimin üzvlərinin ciddi təzyiqi ilə üzləşib. Onun Xankəndidə yaşayan erməniləri uçuruma apardığının fərqinə varan separatçılar Arayikin istefasını istəyirlər. Rejim üzvləri çıxış yolunu Azərbaycanın təklifləri ilə razılaşmaqda görürlər. Hətta iki tərəf arasında keçiriləcək görüşün Bərdədə baş tutacağı adi xəbərlər də yayılıb.
BMT fiaskosundan sonra Qarabağda yaşayan ermənilər arasında separatçıların lideri Araik Arutyunyana qarşı narazılıq getdikcə artır. Lakin,erməni əhali ilə yanaşı rejimin üzvləri və qeyri-qanuni erməni silahlı dəstələrinin rəhbərləri arasında da çaxnaşma höküm sürür. Hətta iş o yerə çatıb ki, Hərbi geyimli şəxslər qondarma rejimin "parlamenti"nə daxil olublar. Qarabağın separatçılar olan hissəsindəki daxili vəziyyətlə bağlı diqqətçəkən məlumatı rejimin deputatı Metakse Akopyan da təsdiqləyib. Onun sözlərinə görə, parlament binasını hədəf alanlar rejim milislərinin komandiri Karen Matevosyan və tərəfdaşlarıdır. Parlament binasında yeni seçilmiş rəhbər David İşxanyandanı axtaran milislər onu Arayik Arutyunyanı təhqir etdiyinə görə cəzalandırmaq istəyiblər.
Siyasi şərhçi Tural Əliyev mövcud vəziyyətlə bağlı "Facebook"da hər kəsə xəbərdarlıq edən Karen Matevosyan Arayik və tərəfdaşlarının təhdidlərinin dayanmayacağını bildirir. Onun sözlərinə görə, Artyunyana cəbhə açanlardan biri də separatçı milyarder Ruben Vardanyandır. İki tərəf arasında yaranan ziddiyyətlərin artmasına səbəb kimi Arayik Artunyanın istefa vermək fikirindən uzaq olması göstərilir. Separatçılar arasında gedən qarşıdurmanı analiz edən politoloqlar, rejim üzvlərinin əsas məqsədinin Arayik Artunyanı tezliklə istifaya göndərməkdən ibarət olduğunu bildirir. “Hazırda rejim daxilində Artyunyana qarşı bir neçə cəbhə formalaşıb. Onların bəziləri düşünür ki, o, Paşinyanın adamıdır. Hətta onu tezliklə Xankəndidə tutub Azərbaycan tərəfinə təhvil veriləcəyi də fikirləri var”.
Erməni mediası da Arutyunyanın istefaya göndərilməsinin separatçı rejimin gündəliyində olduğunu yazır. Hətta bu məsələ Xankəndidəki separatçıların qarşı-qarşı qaldığı iki seçimdən birincisidir. Digər seçim isə Azərbaycanın təklif etdiyi yol - yəni Qarabağa yarıdımın Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılması məsələsidir. Arutyunyanın istefa fikirindən uzaq olması, humanitar yol separatçıların əsas müzakirə mövzusudur. Hətta Azərbaycan tərəfi ilə görüşəcək heyətin yaradıldığı da bildirilir. İddialara görə, iki tərəf arasında görüş, böyük ehtimalla Bərdə şəhərində baş tutacaq.
Separatçılar arasında Arayik Artyunyanı artıq ciddi fiqur kimi də qəbul olunmur. Onun son günlər baş verənlərlə bağlı rejimin qondarma "Təhlükəsizlik Şurası"nın iclasını çağırmasına baxmayaraq görüşə dəvət olunanlar iştirakdan imtina ediblər. İstər erməni KİV-inin, istərsə də rejim üzvlərinin paylaşımlarından da aydın olur ki, onlar Azərbaycanın təklifindən başqa çıxış yollarının olmadığını anlamağa başlayıblar. Arayik Artyunyan və digər separatçıların eiforiyasından çıxmağa başlayan Qarabağın erməni əhalisi də rejimin onları yox öz varlığını düşündüyünün fərqindədir. Ermənilərin separatçılarla bağlı fikrinin dəyişməsi isə reinteqrasiya prosesi üçün müsbət məqam sayılır.
İSMAYIL