"LAÇIN" POSTUNDA HƏRƏKƏT TƏMİN EDİLDİ

Bölmə: Siyasət › ,
Tarix: 21:35 23.08.2023

  Ermənilər Qarabağı sürətli şəkildə tərk edirlər. Son 3 gündə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçən erməniəsilli şəxslərin sayı 300 ü ötüb. Öz istəkləri ilə ölkəni tərk etmək istəyən ermənilərin əvvəlcə sənədləri yoxlanılır, sonra isə sərbəst hərəkətləri təmin olunur.

  Ərazini tərk edən erməni əsilli ailələrin əl yüklərinə baxış keçirilir, sərbəst keçidləri təmin olunur. Lakin biri erməni məntəqəni qanunsuz keçməyə cəhd edib. Yeri gəlmişkən keçidi təmin olunanalar arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşları da üstünlük təşkil edir. Gün ərzində bir neçə məqama xüsusi diqqət çəkmək lazımdır. Həmin məqamlardan biri budur ki, bu gün sərhəd buraxılış məntəqəsinə 91 nəfər üz tutub. Onlar rəsmi qaydada Rusiya sülhməramlı kontingentinə, Azərbaycan sərhədçilərinə Ermənistana qayıtmaq istədikləri barədə müraciət ediblər. Sərhədçilər sənədləri yoxladığı zaman bir nəfərin adının siyahıda olmadığını aşkarlayıblar. Yenidən siyahı tərtib edilib, ümumilikdə 92 nəfər şəxs sərhədi keçə bilib.

  Rəsmi Bakının dəfələrlə təklif etməsinə baxmayaraq, separatçı rejim Ağdam yolundan “humanist” məqsədlərlə istifadəni rədd edib. Laçın Xankəndi yolunda qanunsuz cəhdləri ilə mövcud vəziyyəti gərginləşdirməyə çalışıb.

   Milli Məclisin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, aylardır Ermənistan reinteqrasiyaya deyil, separatizmə can ataraq, irredentizm axtarıb. Azərbaycan ərazilərində öz qeyri-qanuni marionet rejimlərini saxlamaq istəyib. Lakin son 3 gündə reallaşan köç bütün planların puç olmasından xəbər verir. “Bununla bağlı cənab prezidentin çox dəqiq, konkret bir mövqeyi var idi. Mövqe odur ki ,burada yaşayan ermənilər ya inteqrasiya olunmalıdırlar, ya da bu əraziləri tərk etməlidirlər. Burada söhbət uzun müddətdir orda yaşayan separatçılardan gedir. Azərbaycan əleyhinə təbliğat aparırlar. Ədavəti qızışdırırlar. Separatızmı dəstəkliyirlər. Düşünürəm ki, orada yaşayan Azərbaycan vətəndaşları yəni söhbət separatçılardan getmir, onlar inteqrasiyaya meyillidirlər. Orada mövcud olan separatçılar, ədavəti qızışdıran şəxslər onlara imkan vermirlər ki, danışıqlarda iştirak etsinlər”.

  Beləliklə, hər hansı problemin yaşanmadığı təqdirdə Rəsmi Bakının mövqeyi konkretdir. Azərbaycan dövlətçiliyinə xələl gətirməyən heç bir hadisənin yaşanmadığı halda yaşamaq hüququ sərbəstdir.

MƏDİNƏ