Qərbin kuklası olan Priqojin öldürüldü - "Vaqner" bundan sonra nə edəcək?

Bölmə: Siyasət › ,
Tarix: 11:46 24.08.2023

   Daha bir Putin hegemonluğu ortaya çıxdı. Ukrayna müharibəsi başlayandan bəri linçlənirdi, əvvəlki gücünün olmaması, yaşıyla bağlı tənqidlər artmaqda idi. Amma bu gün o, 2 ay keçməsinə baxmayaraq gücün yaşda deyil ağılda olduğu prinsipini bir daha nümayiş etdirərək bir zamanlar onu qorxaq göstərən vətən xaininin axırına çıxdı.

   Bəs Priqojin və tərəfdarlarının məqsədi təkcə Rusiyada hakimiyyətə gəlmək idimi? Ehtimal ki, sözügedən hadisə Zelenski üçün bir xəbərdarlıq mesajı oldu. Siyasi faktorlar onu göstərir ki, Priqojin sadəcə Rusiyada az müddətdə çaşqınlıq yaradan Qərbin kuklası oldu. Soyuq müharibə əslində 63 gün davam etdi. ABŞ 1991-ci ildə məğlub etdiyi SSRİ-ni bu dəfə də Rusiya simvolu ilə məhv etmək istəyirdi. Lakin Putin ideallarının - Stalinin, Brejnevin, Qorbaçovun siyasi səhvlərinə məhəl qoymadan bunu dəf etdi. Siyasi çaxnaşma yaratmadan vətən xaini elan etdiyi Priqojini siyahıdan sildi.

  Dünyada ötən ilin əvvəllərindən Rusiya-Ukrayna müharibəsi ilə bağlı müxtəlif qəzetlər, saytlar və bütövlükdə informasiya mənbələri Rusiya əleyhinə fikirlər yazırdı və bu hələ də davam edir. Hamımız bu gün də ikitərəfli müharibənin şahidi oluruq. Rusiya isə bu müharibəni Soyuq müharibə şəraitinə sürükləmək üçün uzadır. Necə deyərlər, Putin Zelenski və hökumətini bir anın içində məhv etməyə qadirdir. Burada isə qətiyyən tərəfkeşlik nümayiş edilmir. Lakin bəzən doğru olduğumuz halda belə yanlış vəziyyətə düşürük. Bu həyatın "ən ədalətsiz ədalətidir". Putin Krımı bəhanə edərək bir növ seperatçı mövqe sərgiləyir. Amma Ukraynanın bütün çabalarına rəğmən dünya belə bu prosesə səssiz qalmağı üstün bilir. Çünki bir vaxtın "KQB" əjdahası Putin Ukraynaya hər sahədə dəstək göstərmək istəyən ölkələri, habelə dövlət başçılarını hədələyir və 80 yaşına qədəm qoyacaq ABŞ Prezidenti Co Baydenin gəzərkən yıxılmasından, jurnalistlərin suallarını cavablayarkən yuxuya getməsindən istifadə edərək Şərqdə hər cür isti müharibə ocağını yarada bilir. Bundan savayı, Rusiya istər Afrikada, istərsə də Asiyada, demək olar ki, hərbi gücü zəif olan ölkələrdə dik başlıq sərgiləməyi bacarır.

  Təbii ki, bu aspektdən danışanda Ermənistanın Qafqazda münaqişə subyekti olaraq 30 ildən çoxdur Azərbaycanla qarşıdurması da əyani sübut faktorudur. Sadalanan bütün faktlar Rusiyanın yenilməz, nəhəng, ruslar demiş "Derjava" olduğunu dünyanın gözünə soxur və aparıcı ölkə olduğunu bir daha həm Qərbə, həm də digər güclü dövlətlərə elan etmiş olur.

 

Mikayıl Mirzəzadə