Ermənistanın təxribatlarının arxasında NƏLƏR DAYANIR?

Bölmə: Siyasət › ,
Tarix: 16:28 24.08.2023

Xəbər verdiyimiz kimi, avqustun 23-ü saat 01:05-dən 02:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb. Bununla da son günlər artmaqda olan erməni təxribatlarının siyahısına biri də əlavə olundu. Ermənistanın ardı-arası kəsilməyən təxribatlarının arxasında hansı məqamlar var?

Ermənistanın təxribatları özünün ən yüksək həddinə çatmaqdadır. Təkcə son 1 həftədə Müdafiə Nazirliyi erməni silahlı dəstələrinin bölgədə təxribata əl atmaları ilə bağlı 25 məlumat yayıb. Araşdırmalar göstərir ki, ermənilərin Cənubi Qafqazda təxribat və kəşfiyyt xarakterli addımlarında böyük güclər maraqlıdır.



Siyasi şərhçi Azad Məsiyev hesab edir ki, bu, Qərbə sərf edir: “Qərb çalışır ki, Ermənistan-Azərbaycan münaqişəsi Ermənistanın ərazisinə keçsin. Çünki əgər bu münaqişə Ermənistanın ərazisinə keçərsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsi işə düşməlidir. Belə olan təqdirdə, əgər KTMT münaqişəyə cəlb olunarsa, bu isə Azərbaycan-Rusiya arasında münasibətlərə soyuqluq gətirə bilər. Eyni zamanda həmin təşkilata daxil olan dövlətlər ki, var, Orta Asiya Respublikalarıdır, Belarusdur. Yən bu təşkilatlar Azərbaycan arasında bir soyuqluq yaratmaq istəyirlər”.



Siyasi şərhçi Məhəmməd Əsədullazadə bunun arxasında Ermənistanın sülh müqaviləsindən yayınması və Azərbaycanın nəzarətində olan strateji yüksəklikləri geri qaytarmaq planı durduğunu düşünür: “Xüsusilə Hindistandan və Fransadan tədarük etdiyi silahları, artilleriya vasitələrini məhz şərti sərhəddə, Kəlbəcərlə Zəngilana qədər yerləşdirir. Bu, onu göstərir ki, Ermənistan regionda sülh müqaviləsinin bağlanmasında deyil, təxribatlarda maraqlıdır. Ermənistan dırnaqarası müəyyən bir zəmin gözləyir ki, bir provokasiya həyata keçirsin”.



Ekspertlər bildirirlər ki, qanunsuz erməni silahlı dəstələrinin, o cümlədən rəsmi İrəvanın təxribatlara meyil göstərməsi və bölgədə hazırlığı hərbi eskolasiyadan xəbər verir. Belə bir məqamda Azərbaycanın adekvat cavab tədbirləri görməsi isə qaçılmazdır.