ERMƏNİLƏRİN TƏXRİBATI DAVAM EDİR

Bölmə: Siyasət › ,
Tarix: 23:15 24.08.2023

  Sərhəddən təxribat xəbərlərinin ardı-arası kəsilmir. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 23-ü gecə saat 12 radələrində İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, adekvat cavab tədbirləri görülüb.