DAŞALTIDA İTKİN DÜŞMÜŞ ŞƏHİD XIZIDA DƏFN OLUNDU
Bölmə: Siyasət › ,Tarix: 23:26 24.08.2023
Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşən, 31 il sonra meyitinin qalıqları tapılan Adil Niftəliyev Xaçmaz rayonunda torpağa tapşırılıb. Şəhid Dədəli kənd qəbiristanlığında dəfn olunub. Mərasimdə rəsmi şəxslərlə yanaşı, kənd camaatı da iştirak edib. Şəhidin tabutuna sarılmış üçrəngli bayrağı Adil Niftəliyevin qardaşına təqdim edilib. Qeyd edək ki, Xaçmazın Kiçik Baraxum kənd sakini, 57 yaşlı Adil Niftəliyev 1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. 2020-ci il noyabrın 9-da Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin Adil Niftəliyevə məxsus olduğu təsdiqlənib.