SEPARATÇILIĞI TƏBLİĞ EDƏN XANKƏNDİ SAKİNİ AXTARIŞA VERİLDİ

Bölmə: Siyasət › ,
Tarix: 23:34 24.08.2023

  "Telegram"da separatçılığı təbliğ edən Xankəndi sakini axtarışa verilib.Baş Prokurorluğun məlumatına görə, Bakıda anadan olan, hazırda Xankəndidə yaşayan Eduardi Karen Matevosyanın "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanan videomüraciəti üzrə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.İş üzrə Matevosyan təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.