ERMƏNİSTAN YENİ ŞOUYA HAZIRLAŞIR- Hədəf Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasıdır

Bölmə: Siyasət › ,
Tarix: 15:58 25.08.2023

  Rəsmi İrəvan bölgədə davamlı sülhün yaranmasında maraqlı deyil. Onun və havadarlarının son aydakı fəaliyyətinə nəzər saldıqda bunu aydın görmək olar. Ermənistan rəhbərliyi BMT-dəki tamaşadan sonra indi də Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasında yeni şou planlaşdırır.

  Rəsmi İrəvan məkirli planına gedən yolda BM TŞ-dən sonra indi də Aİ Xarici İşlər Nazirləri Şurasının iclasın yer alıb. Qitə ölkələrinin Xarici siyasət rəhbələri ilə intensiv təmaslar quran Ararat Mirzoyan Azərbaycana qarşı qurulan yeni təxribat ssenarisini həyata keçirməyə çalışır. Əsas hədəf isə avqustun 29-da keçiriləcək Aİ Xarici İşlər Nazirləri Şurasının iclasına Azərbaycanın əleyhinə yeni qətnamə daxil edilməsi və onun qəbul edilməsinə nail olmaqdır. Bu işdə Ermənistanı yaxından dəstəkləyən və onun regionla bağlı məkirli planlarına dəsət verən qüvvə-   Fransadır. İrəvan rəsmi Parisin əli ilə Aİ ölkələrini Azərbayacana qarşı çevirməklə onu çətin duruma salacağına ümid edir. Milli Məclisin üzvü Elşad Mirbəşiroğlunun sözlərinə görə, BMT iclasından yetərli dərs alan Ermənistan hakimiyyəti unudur ki, Fransanln dəstəyi ilə həyata keçirmək istədiyi növbəti təxribatın geosiyasi duruma və Azərbaycanın prinsipial mövqeyinə təsiri olmayacaq. “Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında Ermənistanın təkidi ilə məsələnin müzakirəsi bir daha ona dəlalət edir ki, istər BMT, istərsə də Aİ-də olan siyasi dairələr Ermənistanın Azərbaycana qarşı təxribatlarında fəal iştirakçıdırlar. Bu müzakirələrin təşkilində də Fransasnın rolu böyükdür. Elə BMT-də olan iclas zamanı da onun köməyi var idi. Paris Azərbaycana qarşı qərəzlidir”.

 Açıq və gizli şəkildə silahlanmağa davam edən İrəvanın qərb ölkələri ilə təmaslarından da aydın olur ki, nə Ermənistan, nə də havadarı Fransa sülh prosesində maraqlıdır. Siyasi şərhçi Mətin Məmmədlinin sözlərinə görə, hər zaman Bakıya qarşı məkirli planlarda bir araya gələn ikili təxribat ssenariləri reallaşdırmaqla gərgin mühit yaratmaqda israrlıdırlar. Məsələdə mümkün qədər konstruktiv yanaşma nümayiş etdirən Azərbaycan isə Aİ-nin də dəstəklədiyi konkret təkliflərlə çıxış edir. “Həm Fransanın, həm Ermənistanın son aylar göstərdiyi fəaliyyət bölgədə davamlı sülhün formalaşmasına maneə olur. Onlar yeni konfliktin, yeni münaqişələrin yaranmasına səbəb olur. Lakin bunun bir fərqi yoxdur. Hətta o toplantıda Azərbaycan əleyhinə qətnamə qəbul olunsa belə, bu, Azərbaycanın prinsipial mövqeyinə təsir edə bilməz”.

  Analitikllərin rəylərinə görə, sözügedən iclas zamanı Azərbaycan əleyhinə hər hansısa qətnamənin qəbuluna dair ehtimallar və gözləntilər azdır. Buna səbəb Fransa və Ermənistanın həmrəyliyinə baxmayaraq, bir sıra İttifaq ölkələrinin məhz Bakını strateji tərəfdaş kimi görməsidir. Ermənistan rəhbərliyinin bu cür təxribatları davam etdirməsi onun beynəlxalq arenadakı növbəti məğlubiyyəti deməkdir.

İSMAYIL