Hər bir Azərbaycan vətəndaşı ona güvənir, ona inanır
Bölmə: Siyasət › ,Tarix: 12:18 28.08.2023
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva bütün həyatı boyu və ictimai siyasi fəaliyyəti dövründə ona göstərilən etimadın, həvalə olunan vəzifələrin öhdəsindən uğurla, şərəflə gəlib və bu gün də həmin missiyanı ləyaqətlə davam etdirir. Bu gün hər bir Azərbaycan vətəndaşı Mehriban xanım Əliyevaya güvənir və ona inanır. Mehriban xanım da ona olan güvəni və etimadı həmişə doğruldub.
Ümumiyyətlə bütün uğurların, qələbələrin, zəfərlərin kökündə məhz inam və etimad dayanır. Bu baxımdan Mehriban xanımın fəaliyyətində və həyatında bu iki məqam daim qırmızı xətlə keçib və bu gün də keçməkdədir. Azərbaycanda elə sahə yoxdur ki, orada Mehriban xanımın töhfəsi olmasın. Xüsusilə təhsil, mədəniyyət sahəsində Mehriban xanımın əvəzsiz töhfələri var. Heydər Əliyev Fondunun layihələri əsasında minlərlə uşaq bağçası, məktəblər tikilib və yeni müasir standartlara uyğun təmir olunub, bir çox önəmli proqramlar həyata keçirilib.
Mehriban xanımın humanist, xeyirxahlıq fəaliyyəti yalnız ölkə daxililə məhdudlaşmır. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Təhsilə dəstək" layihəsi ölkə miqyasından kənara çıxaraq beynəlxalq humanitar təşəbbüsə çevrilib. Digər ölkələrdə də məktəblər tikilir və təmir olunur. Pakistanda, Gürcüstanda, Rusiyada, Hollandiyada, Misirdə həyata keçirilən layihələr buna misaldır.
Mehriban xanım Əliyeva uşaqdan yaşlıya qədər daim hər kəsin yanında olub, hər kəsə ana-bacı nəvazişi göstərib. Ona görə Mehriban xanımın istər deputatlıq dövründəki fəaliyyəti, istər Heydər Əliyev Fondunun Prezidenti kimi, istərsə də Birinci vitse-prezident kimi daima Azərbaycan xalqının rifahının yüksəlməsi, dövlətimizin inkişafı üçün Prezidentimizlə çiyin-çiyinə çalışıb və bu gün də çalışmaqdadır.
Kamilə Əliyeva
Milli Məclisin deputatı,
BDU nun kafedra müdiri,
professor