Qarabağdakı ermənilərin manevr və manipulyasiya imkanları azalır
Bölmə: Siyasət › ,Tarix: 18:06 28.08.2023
"Bu gün Azərbaycan xalqına, onun atributlarına qarşı hörmətsizlik edən hər kəs qanun qarşısında cavab verir” - Politoloq Tural İsmayılov 2021-ci ildə Azərbaycan bayrağını təhqir edən 3 erməninin Laçın sərhəd- buraxılış məntəqəsində saxlanılmsı faktını belə şərh edib.
“Bu, hüquqi ədalətin növbəti dəfə qalib gəldiyini, Azərbaycanın güclü dövlət olduğunu, qələbəsini nümayiş etdirir. Bu hal Qarabağda seperatçılıq edən, Azərbaycan suverenliyinə qarşı iddialar səsləndirən terrorçulara bir mesajdır ki, onlar nə qədər tez silahlarını yerə qoyarlarsa, onlar üçün daha rahat olar".
Tural İsmayılovun sözlərinə görə, hazırda Qarabağda seperatçılar arasında fikir ayrılığı və qarşıdurmalar güclənir. Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsi yaratması seperatçıların bütün imkanlarını və terrora cəhd hallarının qarşısını alıb. “Bu halı dərk edən Qarabağdakı ermənilər arasında rasional düşüncəli qüvvələr var ki, onlar seperatçıların girovluğundan xilas olmaq və Azərbaycanla normal danışıq aparmaq istəyirlər, bu hal isə seperatçılar arasında vəziyyətin gərginləşməsinə səbəb olur”. Politolqun sözlərinə görə, ermənilərə məlumdur ki, bu gün Qarabağda erməniləri istismar edən, onları əsarətdə saxlayan Araik Arutyunyan və onun ətrafındakı seperatçı xuntadır. “Düşünürəm ki, artıq Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsi yaratmasından sonra Qarabağdakı ermənilərin adından manevr və manipulyasiya imkanları da azalır və bu da seperatçılar arasındakı xaotikliyi və ictimai sabitsizliyi daha da dərinləşdirir".
Nəzrin Mirzəyeva